Xəbər lenti
"Özbəkistan daim Azərbaycanın haqq işinin dəstəkçisi olub" - Deputat Aqil Məmmədov
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətində daim, qardaş türk dövlətləri ilə münasibətlərə üstünlük verir, bu münasibətlərin müttəfiqlik səviyyəsinə qədər yüksəlməsinə çalışır. Çıxışlarında hər dəfə qardaş dövlətlərin birgə gələcəyə inamla baxdığını və bunun üçün möhkəm təməlin olduğunu vurğulamışdır: “Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır”.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında bildirib ki, Özbəkistanla münasibətlərin bugünkü dinamikası bu siyasətin nəticəsidir: “Eyni zamanda, iki qardaş ölkənin liderləri arasında formalaşmış dostluq, qardaşlıq münasibətləri birgə əməkdaşlığımıza güc qatır. Xüsusilə, Zəfərlə yekunlaşan Vətən Müharibəsindən sonra türk dövlətlərinin daha çox yaxınlığı görülməkdədir; bu da məhz Azərbaycanın qələbəsi ilə bütöv Türk dünyasına yeni perspektivlərin gəlməsi ilə bağlıdır. Beləliklə, ölkəmizin Türk dünyası ilə qarşılıqlı və sıx bağlarının 2020-ci ildən sonra yeni şəkil aldığı göz qarşısındadır. Bu baxımdan Orta Asiyanın əsas ölkəsi olan Özbəkistanla olan hərtərəfli və strateji işbirlikləri diqqət cəlb edir”.
Millət vəkilinin sözlərinə görə Özbəkistan o ölkələrdəndir, Azərbaycanın ədalətli mövqeyini Qarabağ münaqişəsinin ilk illərindən daim dəstəkləyib: “2021-ci il martın 31-də Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanı torpaqlarının işğaldan azad edilmısi və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etməsi, həmin ilin noyabrında İstanbulda keçirilmiş Türk Dövlət Təşkilatlarının VIII Zirvə Görüşündə isə Özbəkistan vəsaiti hesabına Füzulidə böyük məktəbin tikiləcəyini bildirməsi və bu məktəbin artıq inşa edilməsi Özbəkistanın daim Azərbaycanın haqq davasında dəstəkçisi olduğunun göstəricisidir.
Qarşılıqlı səfərlərin ölkələr arasında münasibətlərə mühüm töhfələr verdiyini qeyd edən A.Məmmədov xatırladıb ki, Bakı şəhərinə təşrif buyuran Şavkat Mirziyoyev görüş zamanı növbəti dəfə Prezident seçilməsindən sonra ilk dövlət səfərinin Azərbaycana olmasını vurğulayıb. Onu da vurğulayıb ki, “Son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir”.
Bu görüşlər ərzində siyasi, iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə ümumilikdə 20 sənəd imzalanmışdır ki, bunların hər birinin uğurlu töhfələr verəcəyini prezidentlər qətiyyətlə ifadə edib. Xüsusən, Ş.Mirziyoyevin bu layihələrin nəticələri barəsində söz açarkən “Biz öz istiqamətimizi ən yaxın ölkə olan Azərbaycanla müəyyən edirik və hesab edirəm ki, bu, yeganə düzgün qərardır” deməsi qeyd edilməlidir. Bu, bir daha iki qardaş və dost dövlətin bir-birinə hansı səviyyədə yaxınlıq göstərdiyinin parlaq ifadəsidir”.
Azərbaycana rəsmi səfərini işğaldan azad edilmiş Füzuli şəhərində davam etdirən Ş.Mirziyoyevin ilk növbədə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin açılışında iştirakı haqqında danışan millət vəkili qeyd edib ki, Prezident Mirziyayev bu məktəbi VIII Zirvə görüşündə vəd etmişdi: “İşğaldan azad edilmiş Füzuli şəhərində 960 şagirdin təhsil alacağı, iki qardaş xalq arasında həmrəyliyin, dostluğun müdhiş örnəyi olan bir təhsil ocağının varlığından söz edirik. Məktəbin adını daşıdığı M.Uluqbəy özbək xalqının fəxarətlə andığı, qürur duyduğu ensiklopedik şəxsiyyət, Əmir Teymurun nəvəsi, XV yüzilin görkəmli astroloqu, elm, dövlət xadimidir. Səfərin növbəti dayanacağı isə Türk dünyası mədəniyyət paytaxtı olan Şuşa oldu. Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva bir sıra tarixi məkanlarla tanış olduqdan sonra Cıdır düzünə baş çəkib. Bu tarixi bir hadisədir. Qarabağa, Şuşaya, Cıdır düzünə Ərdoğandan sonra səfər edən ikinci türk lideri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdir. Özlüyündə tarixi səfərə çevrilən bu ziyarətlərin əslində başlanğıcı elə səfərin mahiyyətində yatır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar