Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - Açıqlama

Tarix: 23-08-2023 18:54     Baxış: 3232 A- / A+


  
Gecə saatlarında Azərbaycanda baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub. Bu mövzuda əsas narahatlıqverici faktor isə Bakı şəhərindəki binalardır.
Ümumiyyətlə, Azərbaycanda qorxunc, dağıdıcı zəlzələ gözlənilirmi?
Manevr.az xəbər verir ki, Globalinfo.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, respublika ərazisində dağıdıcı zəlzələ bölgəsi yoxdur:
“Kiçik təkanlar hər zaman olur, olub və olacaq. Məsələn, dünən 30-a yaxın yeraltı təkandan bircə Masallı-Cəlilabad ərazisindəki hiss olundu. Bu isə heç bir fəsad törətməyib, 35 km dərinlikdə olduğuna görə qorxulu hadisə baş verməyib”.
Qurban Yetirmişli qeyd edib ki, əhali gərək belə hallara təbii yanaşsın:
“Bunu soyuqqanlı qəbul etmək lazımdır, çünki təkanlar saniyələr sonra dayanır. Ona görə də silkələnmə zaman qaçmaq, liftə daxil olmaq, pilləkənlə düşmək, eyvana çıxmaq lazım deyil. Evdə üzərinə aşacaq hər hansı predmetdən uzaq durmaq kifayət edir. 5-10 saniyəyə ötüb keçəcək bir zəlzələdir. Binaları dağıdacaq gücdə zəlzələ olmayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar