Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Tarix: 23-08-2023 09:42     Baxış: 4166 A- / A+
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda rüşvət alma və rüşvətə təhrik etmədə təqsirləndirilən Mahal Qaçayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Manevr.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Mahal Qaçayev Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokollarına əsasən, seçildiyi bələdiyyə sədri vəzifəsində işləyib. O, 2020-ci ilin yanvar ayında Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin həmin kəndin ərazisində yerləşən inzibati binadakı xidməti otağında, eləcə də 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, özünün yaşadığı evdə 2 nəfər kənd sakinindən rüşvət alıb. İstintaq dövründə Mahal Qaçayevin barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar