Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

General kitabının güdazına getdi – “Euronews”

Tarix: 22-08-2023 21:13     Baxış: 4258 A- / A+

Homofob və irqçi fikirləri ilə gündəmə gələn italyan general Roberto Vannaççi tutduğu vəzifədən azad olunub.
“Euronews” kanalı xəbər verir ki, 1968-ci il təvəllüdlü general avqustun əvvəlində “Baş-ayaq dünya” adlı kitab nəşr etdirib. Qısa müddətdə “Amazon” internet şirkətinin İtaliya seqmentində bestseller siyahısına düşən kitabda müəllif ətraf mühit müdafiəçilərinin, solçuların, feministlərin, yəhudilərin və işsizlərin ünvanına sərt ittihamlar səsləndirib.
Ən çox səs-küy doğuran onun seksual azlıqlar və qaradərili italiyalılar haqda yazdıqları olub. Ölkənin bir sıra kütləvi informasiya vasitəsi seksual azlıqları anormal olduqlarını etiraf etməyə çağıran, irqi fərqləri insanların bərabər doğulmamasına sübut kimi göstərən generalı homofob, seksist, irqçi yanaşmada qınayıb. İtaliyanın müdafiə naziri ittihamlarla razılaşdığını bəyan edib, Roberto Vannaççinin Silahlı Qüvvələri, Müdafiə Nazirliyini, konstitusiyanı hörmətdən saldığını söyləyib.
Roberto Vannaççi ittihamları rədd edib, öz fikirlərində qaldığını vurğulayıb.
Qalmaqal generalın Hərbi Coğrafiya İnstitutunun rəisi vəzifəsindən azad olunması ilə nəticələnib.
Roberto Vannaççi Quru Qoşunlarının desant bölmələrində xidmət edib, dünyanın bir sıra qaynar nöqtələrində hərbi missiyaların iştirakçısı olub, NATO-nun Əfqanıstandakı xüsusi təyinatlı qüvvələrinin qərargah rəisi, İtaliyanın İraqdakı hərbi qüvvələrinin komandiri postlarını tutub.novator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar