Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdə köhnə işıq xətləri yenisi ilə əvəzlənir - Video

Tarix: 21-08-2023 15:38     Baxış: 3227 A- / A+




Ərazisinə görə Azərbaycanın ən böyük və ən yüksəkdə yerləşən Kəlbəcər rayonunda sovet dövründən qalma köhnə xətlər yenisi ilə əvəzlənir.
Manevr.az "Azərişığ"a istinadən xəbər verir ki, bundan əlavə rayonun Alagöllər, Zod, İstisu kimi relyefi çətin olan yüksəkliklərdə yerləşən ərazilərdə də artıq Azərbaycan işığı yanır. Zar kəndi istiqamətində 35 Kv-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. Xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.
Prezident İlham Əliyevin 2022-ci il 26 iyun tarixində təməlqoyma mərasimində iştirak etdiyi Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir. Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir avadanlıqlarla təchiz ediləcək. Bu da gələcəkdə Kəlbəcər rayonunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühim rol oynayacaq.
Əsas məqsəd işğaldan azad olunan rayonlarımıza qayıdan sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar