Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Şərəstan Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az-ın məlumatına görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahidin ifadəsinə etiraz edən təqsirləndirilən şəxs şərləndiyini bildirib, ümumiyyətlə narkotik maddə tanımadığını deyib.
İttihama görə, Sərəstan Bəşirov bu il aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Xatırladaq ki, Sərəstan Bəşirov Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şairdir. O müxtəlif media qurumlarında şeir və hekayələri ilə çıxış edib, gənc yazar Sərəstan Gur kimi tanınıb.
Xəbər lenti
AYB-nin üzvü olan gənc şairə cinayət işi qaldırıldı

Sərəstan Bəşirov
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar