Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

İranda tutulan azərbaycanlı tələbənin evinə gizli kamera quraşdırılıb - Şəkil

Tarix: 19-08-2023 10:06     Baxış: 3155 A- / A+
 Fərid Səfərlinin avro ilə kirayə ödənişi, Almaniyaya 22 dəfə zəngi və 2 il həbs cəzası

“Fəridlə avqustun 17-də danışdıq. Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb”.

Bu barədə İranda casusluq ittihamı ilə saxlanılan Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib. O qeyd edib ki, Fərid artıq qərarı məktub şəklində alıb. Fərid qərarla razılaşmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir.
D.Əsgərova hökmün verilməsi üçün hakimin istinad etdiyi “sübutlar” barədə də məlumat verib:

“Birincisi, Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisində qeydiyyata düşmək istəməyib. Halbuki bunu ev yiyəsi təklif edib ki, avro ilə də ödəniş edə bilərsən.
Dilarə Əsgərova: Oğlum ittihamı qəbul etmir
Dilarə Əsgərova

İkincisi, Fəridin kirayə tutduğu evə İrandan çıxmağa 4-5 gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqlar qeydə alınıb. Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcüməsi səsləndirilib, Fəridin deməsinə görə səs yazısında əslində heç bir sübut yoxdur, sadəcə tərcümə çox ciddi təhrif olunub.

 Məsələn, Fərid internetin zəifliyindən mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib, bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşə bilməməsi kimi elan ediblər. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materialı yenidən tərcümə etdirməyə qərar verdik.

Üçüncüsü, Fərid guya 2022-ci ildə İrana alman nömrəsi ilə 22 dəfə zəng vurub. Fərid bu iddianı rədd edib və bu zənglərin çıxarışını tələb edib . Ona bildirilib ki, xarici zənglərin çıxarışını çıxartmaq mümkün deyil. Fərid sual verib ki, bəs haradan bildiniz ki, bu nömrələrə mən zəng etmişəm. Təbii ki, qaneedici cavab almayıb".

Ana qeyd edir ki, vəkilin hakimlə görüşü zamanə hakim qeyd edib ki, məhkəmə zamanı Fəridin özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparması onun xoşuna gəlməyib: “Sən bir məsum gəncin həyatını cəhənnəmə döndər və ondan özünə qarşı normal rəftar gözlə. Nə qədər anormal bir yanaşmadır. Bu ədalətsiz hökm məni çox ağrıdır. İllərini ver təhsil al, dillər öyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığın bir iş təklifi al , işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər.

Fərid sonda mənə dedi ki, SEPAH-ın zindanında yaşadıqlarına baxmayaraq, ( nə qədər təkid etdimsə də bu haqda danışmayacağını bildirdi), çıxandan sonra bütün bunları unutmağa çalışacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq".

Yada salaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar