Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qubad İbadoğlunun ailəsi ilə görüşünə icazə verildi

Tarix: 18-08-2023 17:18     Baxış: 3166 A- / A+



Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailə üzvləri ilə telefon danışığı və görüş hüququ müstəntiqin qərarı ilə məhdudlaşdırılmışdı.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun vəkilləri sözügedən qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət verib. Şikayət əsassız sayılaraq rədd edilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb.
Məhkəmə belə qənaətə gəlib ki, telefon danışığı və görüş məhdudiyyəti ilə bağlı şikayəti Nərimanov rayon Məhkəməsi icraata götürüb araşdırmalı idi. Bu əsasla qərar ləğv edilib, iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə geri qaytarılıb.
Q.İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmədə iştirak edən müstəntiq məlumat verib ki, artıq Qubad İbadoğlunun ailə üzvləri ilə görüşlərinə qoyulan məhdudiyyət götürülüb: “Telefon danışıqlarına olan qadağa iyulun 30-da aradan qaldırılmışdı. Avqustun 15-də isə görüş qadağası aradan qaldırılıb. Sabah ailə üzvləri gedib Qubad bəylə görüşə biləcək”.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar