Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ən gənc generalı danışdı: "Çox qürurlanıram"

Tarix: 18-08-2023 16:55     Baxış: 3165 A- / A+

"Mən bu gün çox qürurlanıram ki, Vətən Müharibəsində Xudafərin körpüsünün və ətraf ərazilərin və Zəngilan şəhərinin işğaldan azad olunmasını Cənab Ali Baş Komandana məruzə etmək mənə qismət olub. Buna görə çox xoşbəxtəm". 

Manevr.az bildirir ki, bu fikirləri 18 avqust Dövlət Sərhəd Xidməti  əməkdaşlarnın  peşə bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülən Vətən Müharibəsi Qəhrəmanı, DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı Babək Ələkbərov Bizim.Media ilə bölüşüb.
 
Azərbaycanın ən gənc generalı, 35 yaşında bu yüksək rütbəyə layiq görülən Babək Ələkbərov, Ali Baş Komandanın bu yüksək etimadını həmişə doğruldacağını qeyd edib. 
 
"Mən bundan sonra da Cənab Ali Baş Komandanın verdiyi bütün xüsusi tapşırıqları bütün güc və məsuliyyətimlə yerinə yetirməyə hazıram".  
 
Qeyd edək ki, 2021-ci il yanvar ayının 6-da DSX-nin Zəngilana təşkil etdiyi media turda Babək Ələkbərov da iştirak etmiş, jurnalistlərə açıqlama vermişdi. Həmin gün biz də generaldan müsahibə ala bilmişdik.

Olduqca sadə və təvazökar insan olan Babək Ələkbərov hərbçilərə məxsus qətiyyətlə həmin vaxt müsahibəsində qısa olaraq bu sözləri söyləmişdi:

"Mən qürur hissi duyuram ki ki, qalib Prezidentin, qalib xalqın və qalib ordunun zabitiyəm". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar