Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Nyu-Yorkda həbs olunan azərbaycanlı qadın sərbəst buraxıldı

Tarix: 18-08-2023 13:06     Baxış: 3311 A- / A+

ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində hakim qarşısına çıxarıldıqdan sonra sərbəst buraxılıb.

Manevr.az xəbər verir ki, iki gün əvvəl ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz növbəti məhkəməyə qədər azadlığa buraxılıb. M.Cobanyan A.Zeynalovanı ona üçüncü dərəcəli xəsarət yetirməkdə ittiham edib.

ABŞ dövlətinin A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası həmyerlimizlə bağlı şikayət üzrə prosesin davam etdiriləcəyini deyib. O qeyd edib ki, növbəti məhkəmə tarixi sentyabr ayının sonlarına təyin olunub. Vəkil A.Zeynalovanın müdafiəsi üçün məhkəməyə qədər insidentə dair zəruri olan bütün dəlillərin və məlumatların toplanacağını bildirib.

Azərbaycanın ABŞ səfirliyindən "Report"a bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılıb və bundan sonra da atılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar