Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Rusiyaya xəbərdarlıq edib

Tarix: 17-08-2023 23:11     Baxış: 4161 A- / A+
Türkiyə Rusiyaya xəbərdarlıq edib
Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.

"Rusiyadakı həmkarlarımıza Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib", - məlumatda bildirilir.

Xatırladaq ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə Türkiyəyə məxsus “Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açıb. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparıblar. Buna səbəb gəminin Ukrayna limanına üz tutması olub.
Ukrayna Xarici İşlər Nazirliyi hadisəni şərh edərək, Rusiyanı beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib. Ukrayna diplomatları Türkiyə ilə həmrəy olduqlarını bildiriblər və beynəlxalq ictimaiyyəti Rusiyanın Qara dənizdə gəmilərin dinc keçidinə mane olan hərəkətlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə çağırıblar. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar