Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

İngilis dili müəllimi dərsdən çıxıb məhkəməyə gəldi - Həbs edildi

Tarix: 17-08-2023 10:45     Baxış: 3323 A- / A+
ingilis-dili-muellimi-dersden-cixib-mehkemeye-geldi
Mənimsəmədə ittiham olunan Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəbin sabiq direktoru Seymur Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az-ın məlumatına görə, Cəlilabad Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökm gününə kimi orta məktəbdə ingilis dili müəllimi işləyən S.Cəfərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dərsdən birbaşa prosesə gələn müəllim məhkəmə zalında həbs edilərək istintaq təcridaxanasına göndərilib.
Qeyd edək ki, S.Cəfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, məktəb direktoru işlədiyi müddətdə 12 min manat büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Barəsində istintaq dövrü müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü təqsirli bilməyib, dəymiş ziyanı ödəməkdən imtina edib.“qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar