Xəbər lenti
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbəri ilə bağlı qərar
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi Qədirov və birlikdə təqsirləndirilən orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Manevr.az-ın məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq orkestr rəhbəri 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyi tərəfindən ona qarşı qaldırılan 355 min manatlıq mülki iddia da təmin edilib. Lütfi Qədirovla birlikdə təqsirləndirilən orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.
Qeyd: Lütfi Qədirov 2020-ci ilin iyulunda Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Rəsmi ittihama görə, L.Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edilib. Onun Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-2020-ci illərdə işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar