Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ombudsmanın nümayəndələri Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüşdü

Tarix: 16-08-2023 17:41     Baxış: 4162 A- / A+

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələr həyata keçirilib.

Bu barədə Ombudsman Aparatından bildirilib.
"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisədə saxlanma şəraiti, rəftar məsələlərinin monitorinqi və bir sıra təqsirləndirilən şəxslərin qəbul edilməsi olub.

Başçəkmələr zamanı bir sıra şəxslərlə, o cümlədən Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə konfidensial qaydada görüş keçirilib, onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Eyni zamanda, bir sıra şəxslərin Ombudsmana ünvanlanmış ərizələri qəbul edilib, bəzi müraciətləri yerində təmin olunub.

Başçəkmələrin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar