Xəbər lenti
Transplantasiya ilə bağlı qəbul edilən vacib qərar
Manevr.az xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, transplantoloq professor Nuru Bayramov bildirib.
O qeyd edib ki, bu hadisəni Azərbaycanda orqan transplantasiyası səhəsində atılmış ən böyük addımlardan biri kimi qiymətləndirmək olar.
"Qeyd etmək lazımdır ki, son illər dövlətimiz transplantasiya səhəsinə böyük diqqət göstərməkdədir. 2020-ci ildə Milli Məclis tərəfindən hazırlanan və prezidentimiz İlham Əliyev tərəfindən təsdiq edilən “İnsan orqan və toxumalarının donorluğu və transplatasiyası” qanunu qüvvəyə minmişdir. Digər bir mühüm hadisə kimi Səhiyyə Nazirliyi nəzdində Tranplatasiya üzrə Kordinasiya Mərkəzinin və Etika Komissiyasını təşkilini göstərmək olar. Bunlarla birlikdə son günlərdə qaraciyər, böyrək və sümük iliyi köçürülmələrinin İcbari Tibbi Sığorta Xidmətlər Zərfinə daxil edilməsi ölkəmizdə orqan köçürülməsinə ehtiyacı olan yüzlərlə xəstənin şəfa tapmasına böyük dəstəkdir. Bu həmçinin ölkəmizdə elmi və praktik transplantasiyanı inkişafına da böyük təkan olacaqdır.
Mütəxəssis kimi, bu qərarı alqışlayır, bu işdə əməyi keçənlərə öz adımdan və nicat gözləyən xəstələrimiz adından minnətdarlığımı bildirirəm", - professor bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar