Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

"AQTA yatıb illər sonra ayılıb ki, istehlakçının hüququ pozulur..." - AİB sədrindən “Wolt”un bağlanmasına ETİRAZ

Tarix: 15-08-2023 15:48     Baxış: 3169 A- / A+


AQTA “Wolt” kuryer xidmətinin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Qurum bunu “Wolt”un xəbərdarlıqlara əməl etməməsi ilə əlaqələndirib və təkrar xəbərdarlıq kimi tətbiq etdiyini bildirib.Yəni “Wolt” mopedlərində dezinfeksiya işlərinin aparılmaması, şirkətin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi buna səbəb olub.
 
Şirkətin birdəfəlik bağlanması nə dərəcə real görünür? Bəs “Wolt”a alternativ şirkətin yaradılması ehtimalı nə qədərdir?
 
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Wolt”dan şikayətlərin çoxluğunu əsas gətirərək şirkətin yeni qaydalarla çalışmalı olduğunu deyib:

“Wolt”un fəaliyyətindən Azad İstehlakçılar Birliyinə telefon zəngləri şəklində şikayətlər gəlirdi. Xüsusilə pandemiya dövründə şikayətlər daha çox idi. Şikayətlər arasında qidanın soyuq çatdırılması, qidalara daşıyıcıların müdaxilə etməsi, sifarişlərin gec çatdırılması kimi məsələlər yer alırdı. Ən böyük problem isə nömrə nişanı olmadan nəqliyyat vasitələrindən istifadə edən kuryerlər idi. AQTA-nın son qərarı təqdirəlayiqdir. Lakin biz istehlakçıların seçim hüququnun məhdudlaşdırılmasının tərəfdarı deyilik. Yaxşı olardı ki, AQTA “Wolt”un standartlar çərçivəsində fəaliyyət göstərməsi üçün iş görsün, müəssisə bağlanmasın. 

Təəssüflər ki, AQTA indiyədək orada ciddi nöqsanlar olduğu halda bunları müəyyən etməyib. İllər boyu istehlakçıların hüququ pozulub və birdən-birə AQTA-nın ayılması düzgün deyil. Arzu edərdim ki, bu şirkət AQTA-nın tələblərinə uyğun fəaliyyət göstərən yeni bir ampluada işə başlasın”.  
E.Hüseynov “Wolt”a alternativ hansısa şirkətin açılmasının düzgün hal olmadığını qeyd edib:

“Əgər bu şirkət bağlanıb yerinə başqa bu cür şirkət gələcəksə bu, AQTA-nın böyük səhvi olar. Belə olarsa, hansısa inhisarçının dəstəklənməsi kimi düşüncə yaranacaq. Lakin zənnimcə belə olmayacaq. AİB vəziyyətin düzəlməsinin tərəfdarıdır. Son olaraq isə “Wolt”da ictimai nəzarət olmalı, KİV-lə əməkdaşlıq qurulmalıdır”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar