Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyəyə turlar təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı

Tarix: 15-08-2023 10:19     Baxış: 3237 A- / A+




Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edərək onların xeyli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Vüsal Əliyev saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü turizm şirkətlərinin birinin nümayəndəsi kimi təqdim edərək iki nəfər şəxsə qarşı dələduzluq edib. Zərərçəkmişlərə Türkiyə Respublikasına turla təmin edəcəyi barədə vədlər verən V.Əliyev onların ümumilikdə 9690 manat pulunu ələ keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, V.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər V.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar