Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əməliyyat zamanı ölən xəstənin ödədiyi pul niyə geri qaytarılmır? - AÇIQLAMA

Tarix: 14-08-2023 20:45     Baxış: 3157 A- / A+

Əməliyyat zamanı ölən xəstənin ödədiyi pul niyə geri qaytarılmır? - AÇIQLAMA
Ağır xəstəlik keçirən xəstələrin müalicəsi üçün çox zaman cərrahi əməliyyat tələb olunur. Cərrahi əməliyyatlarınsa qiyməti kifayət qədər bahadır. 
Bahalıq məsələnin bir tərəfidir. Məsələnin əsas narahatlıq doğuran tərəfi odur ki, bir çox hallarda xəstə əməliyyatdan sağ çıxmır. Bu zamansa nəticədən narazı qalan xəstə yaxınları ödənilən vəsaiti geri tələb edir. Xəstəxana isə ödənişi geri ödəməkdən imtina edir.
Bəs, bu problemin yaşanmaması üçün xəstə yaxınları nə etməlidir?
 



Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli Bizim.Media-ya bildirib ki, xəstə və onun yaxınları bir məsələdə çox diqqətli olmalıdır:
 
“Xəstə ağır cərrahi əməliyyata girərkən onun yaxınları ilə tibb müəssisəsi arasında müqavilə bağlanır. Bu normal prosedurdur. Amma cərrahi əməliyyat uğursuz keçəndən sonra xəstə ilə tibb müəssisəsi arasında ciddi problemlər yaranır.
 
Bu əsasən xəstə yaxınlarının ödədiyi pulun geri qaytarılması tələbi ilə bağlı olur. Ona görə də xəstə yaxınları imzaladıqları müqaviləni diqqətlə oxumalı və hansı məsuliyyətin altına girdiklərini bilməlidirlər. Tez-tələsik müqaviləyə qol çəkən xəstə yaxınının sonradan hansısa məsələ baradə narazılıq etməsi hüquqi baxımdan doğru deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar