Xəbər lenti
Bir ananın təşəkkür məktubu

Təşəkkürüm peşəsində vicdanla və peşəkarlıqla çalışan tibb işçilərinədir.
Ağır şəkildə hamiləlik keçirirdim və vəziyyətimin kəskin dəyişməsi nəticəsində 28 aprel tarixində Təcili Tibbi Yardımın köməyi ilə 3 saylı Sabuncu rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildim. Mənə hamiləlikdə yarana bilən hamiləlik xolestazı dioqnozu qoyuldu və 1 ay xəstəxanda qalmalı oldum. Hamiləliyin davam etdirilməsi mənə və bətnimdəki övladıma ağır həyati təhlükə ilə nəticələnə bilərdi. Lakin işində peşəkar olan dəyərli həkimlərin səyləri nəticəsində mən və övladım bu ağır həyat sınağında qalib gəldik. Cərrah-ginekoloq Elnarə Zeynalova məni əməliyyata aldı və yenidən həyata qaytardı. Körpəm 7 gün küvəzdə qaldı. Həkim neantoloq Günəş İbişova bütün diqqəti, nəzarəti ilə körpəmin həyatda qalmağına kömək etdi. Həkimlərlə bərabər orta tibb işçiləri də gecə -gündüz qayğımıza qaldılar, mənə həm də mənəvi dəstək oldular. Artıq övladım 3 aylıqdır.
3 saylı Sabuncu rayon xəstəxanasının doğum şöbəsinin bütün tibb işçilərinə, həkim kollektivinə, baş həkiminə təşəkkürümü bildirirəm. Onlara can sağlığı,bu çətin və şərəfli işlərində uğurlar arzulayıram.
Hörmətlə: Şəmsiyyə Kazımoğlu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar