Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynalı uşaqlar Şamaxıya səfər edib

Tarix: 11-08-2023 16:50     Baxış: 3165 A- / A+

Ukraynalı uşaqlar Şamaxıya səfər edib

Ukraynalı uşaqların Şamaxıya ekskursiyası baş tutub.
Manevr.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın Şamaxıya ekskursiyası həyata keçirilib.
Ukraynalı uşaqlar ölkəmizin səfalı guşələrindən olan Şamaxıda həm təbiət gözəllikləri ilə tanış olublar, həm də Safari Parka səfər ediblər.
Qonaqlara Şamaxının tarixi, abidələri, zəngin təbiəti, qədimliyi və müasirliyi özündə əks etdirən adət-ənənələri barədə məlumat verilib.
Şamaxıda olduqları müddətdə özlərini rahat, təhlükəsiz, gümrah və xoşbəxt hiss etdiklərini deyən uşaqlar, yaradılan şəraitə görə Azərbaycana təşəkkür ediblər.
Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı, bölgələrə də səfər edərək ölkəmizlə tanış olurlar. Şamaxıdan öncə onlar İsmayıllı, Qəbələ və Şəkiyə ekskursiya ediblər.
Proses uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə həyata keçirilir. Onlar düşərgə müddətində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixososial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər. Düşərgənin növbəti günləri Bakı şəhərində davam etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar