Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Niyə qadınlar daha dərin basdırılır? - SƏBƏBLƏRİ

Tarix: 11-08-2023 09:45     Baxış: 3327 A- / A+


Niyə qadınlar daha dərin basdırılır? - SƏBƏBLƏRİ

Qadın mərhumlar dəfn olunarkən, kişilərdən daha dərinə basdırılır. 
Bəziləri iddia edir ki, qadın kişidən ona görə dərinə basdırılır ki, torpağın altında da naməhrəmlərin gözündən qorunsun.
 
El arasında buna müxtəlif səbəblər gətirənlər olur.
 
Görəsən bunun həqiqətən dində anlamı nədir?
 
Manevr.az Referans.az-a istinadən bildirir ki, ilahiyyatçı Tural İrfan açıqlamasında qeyd edib ki, bu adət olaraq edilir.

"Ümumiyyətlə şəriətdə vacib bir hökm yoxdur ki, qadın kişidən dəridə basdırılmalıdır. Sadəcə örf deyilən bir şey var. Buna adət deyirlər. Yəni o örfə görə qadınlar bir qədər bəzi bölgələrimizdə, bəzi müsəlman ölkələrində bir qədər dərindən basdırılır. Onun da bir məcazi mənası var. Bu cür izah edirlər ki, o məhşər günü insanlar dirilib məzarından qalxanda qadınlar ayaqüstə duranda onların qəbir boğazına kimi, kişilərdə qurşağa kimi olmalıdır. Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər.
 
Qadın kişidən dərinə basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin. Kişilərdə isə bu yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan bu dərinliyə səbəb yoxdur".
 
İlahiyyatçı tibb mütəxəssislərinin bunu müxtəlif izah etdiklərini bildirib.
 
"Tibb müxətəssisləri isə bunu başqa cür izah edirlər. Qadınlarda bir qədər bədən quruluşu yumşaq olduğuna görə onların çürümə prosesində daha çox bakteriya yayılması mənasında deyirlər ki, ona görə guya dərin basdırlır. Amma dində bəli belə adətlər var. Lakin vacib deyil. Qəti bir hökm yoxdur ki, hökmən bu formada basdırılmalıdır. Fərq etməz əsas odur ki, şəriətdə belədir ki, insanların qoxusu çıxmayacaq, təbiətə və başqa insanlara zərər, mikrob yaymış olmayacaq şəkildə dəfn edilməlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar