Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

“Aldığı rüşvətdən 150 manat da mənə vermişdi”

Tarix: 09-08-2023 17:04     Baxış: 4253 A- / A+



Rüşvətə görə həbs edilmiş 1 saylı Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə araşdırması gedir.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda xəstəxananın sabiq baş həkimi Ağahəsən Rəsulov şahid qismində ifadə verib. Xatırlatma üçün bildirək ki, A.Rəsulov 3 ay əvvəl qalmaqallı açıqlamasından sonra vəzifədən azad olunmuşdu.
O, məhkəmədə təqsirləndirilən şəxsin tərəfini saxlayıb, ondan heç kimin narazı olmadığını deyib: "Xəstələr də, onların yaxınları da Hüseynlə normal münasibətdə olub. Demək olar, gün ərzində xəstəxanaya yüzə yaxın xəstə qəbul olunurdu. Hər şey də qaydasında idi. Hüseynin hansısa xəstə ilə problem yaşadığından və ya xəstələrdən pul almasından xəbərim olmayıb."

Prosesə sədrlik edən hakim Azad Məcidov şahiddən istintaq vaxtı fərqli ifadə verməsinin səbəbini soruşub.
Hakim ifadəni elan edərkən məlum olub ki, o, əvvəl təqsirləndirilən şəxsin rüşvət almasından məlumatlı olduğunu deyib: "Zərərçəkmiş şəxsləri tanıyıram. Hüseyn onlardan rüşvət alıb, hətta bir dəfə aldığı rüşvətdən 150 manat da mənə vermişdi".
Lakin şahid istintaqa verdiyi ifadəni boynuna almayıb.
Qeyd edək ki, Hüseyn Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar