Xəbər lenti
Mərhum sabiq nazir hələ də şirkət “rəhbəridir” – ŞƏKİL
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (ASC) üç ildir ki, sədrsizdir.
Manevr.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ASC-nin sədri Miri Qənbərov 2020-ci ildə dünyasını dəyişib. Bundan sonra “Azərkontrakt”ın sədri vəzifəsinə təyinat olmayıb. ASC-ni hazırda sədr müavini Güləddin Dadaşov idarə edir.
Miri Qənbərov 1994-1997-ci illərdə Azərbaycanın ticarət naziri vəzifəsində çalışıb. 1997-ci ildə nazirlik ləğv olunub. Elə həmin il Ticarət və Material Ehtiyatları nazirliklərinin bazasında Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC yaradılıb. Miri Qənbərov da ASC-nin sədri təyin edilib.
Məsələnin maraqlı tərəfi budur ki, hələ də reyestr məlumatlarında ASC-nin qanuni təmsilçisi kimi Miri Qənbərovun adı qeyd edilib. Belə çıxır ki, o dünyasını dəyişsə də, hələ də ASC-ni təmsil edir.
Miri Qənbərov həm də ikinci və üçüncü çağırış Milli Məclisin deputatı olub.
Yeri gəlmişkən, bu günlərdə “Azərkontrakt” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə protokol tərtib edilib.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Rəşad Cavadzadənin icraatına verilib.
Qeyd edək ki, Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olub. Sabiq nazir 2005-ci ildə “Şöhrət” ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bir çox mükafatlara layiq görülüb. O, 11 fevral 2020-ci ildə vəfat edib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar