Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əsir anası: “Soruşdum ki, oğul, nə yeyib-içirsən?”

Tarix: 08-08-2023 10:51     Baxış: 3158 A- / A+


“Oğlumun zəng edəcəyini gözləmirdim. Ümidim qırılmışdı, çarəsiz idim. Balamı sağ-salamat gördüm. Onun videozəng etdiyini görəndə sevincdən az qala ürəyim dayanmışdı”.
Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.
“Telefon zənginə sevinsəm də, onun gəlişini gözləyirdim. Saniyələri iplə çəkdim. Artıq bədənim dərman və iynəni qəbul etmir. Ümidsiz qalmışdıq. Qızıl Xaç Komitəsinə hər gün zəng edib, niyə oğlumdan xəbər olmadığını soruşurduq. Nəhayət, istəyimizi yerinə yetirdilər. Şükürlər olsun, oğlumu gördüm, səsini eşitdim. Aqşindən soruşdum ki, oğul, necəsən, nə edirsən, nə yeyib-içirsən? O da dedi: “Ana, narahat olma, yeməyimiz var, hər şey yaxşıdır, səbirli olun, gələcəyəm”. Oğlumun səsini eşidəndə kövrəlməmək mümkün deyil. Bacıları da, mən də Aqşinin yolunu gözləyirik”, - deyə əsir hərbçinin anası söyləyib.
O, övladının tezliklə əsirlikdən azad olunması üçün gecə-gündüz dualar etdiyini deyib:
“Nə qədər sevinsəm də, balamın gəlişini gözləyirəm. Təəssüflənirəm ki, artıq əsirlikdə olmaları beş aya keçir. Niyə və nə səbəbə? Çox narahatıq. Axı nə qədər gözləməliyik? Tezliklə balamı vətəndə görmək istəyirəm. Ümidimiz cənab Prezidentədir. Dözə bilmirik artıq. Bizə dəstək olub, kömək edən yoxdur. Dərman belə ala bilmirik”.
Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Qabil oğlu Bəbirov ailəsi ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar