Xəbər lenti
Karbamid Zavoduna yeni direktor təyin olundu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavoduna yeni direktor təyin edilib.
Manevr.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq SOCAR-dan bildirib.
Məlumata görə, sözügedən vəzifəni Kutay Durna icra edəcək. O, indiyə qədər “İGSAŞ İstanbul Gübre Sanayii A.Ş.”də zavod direktoru olub və yeni vəzifəsində Xəyal Cəfərovu əvəz edib. O isə bir qədər əvvəl SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin olunub.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da hər il ölkəyə 160 milyon ABŞ dollarına qədər əlavə gəlir gəlməsi deməkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































