Xəbər lenti
İranlı vəkillər Fəridi müdafiə etməkdən qorxurlar

Fərid Səfərlinin cinayət işini hüquqi deyil, siyasi proses olaraq dəyərləndirirəm və qınayıram.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a tanınmış güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi Fəridə qarşı irəli sürülmüş yeni ittihamı şərh edərkən deyib.
Onun sözlərinə görə, yeni ittiham əvvəlkinə nisbətən daha yüngül hesab olunur:
“Fərid Səfərlinin ittihamının dəyişdirilməsi onun xeyrinədir. Əvvəlki casusluq ittihamına görə azərbaycanlı gəncin cəzası 2 ildən 10 ilə qədər ola bilərdi. Casusluq niyyəti ittihamı sübut olunarsa, ona 1 ildən 5 ilədək cəza tətbiq olunma ehtimalı var”.
Tanınmış hüquqşünas Fərid Səfərlinin hələ də vəkillə təmin olunmamasına da münasibət bildirib:
“Vəkil məsələsi qəlizdir. Hazırda Tehranın Evin həbsxanasında saxlanılan tələbənin vəkillə təmin olunmamasının səbəbləri aydındır. Bəzi vəkillər qorxub çəkinir deyə bu məsələ belə qalıb”.
Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da Fəridlə bağlı bu ölkəyə nota verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































