Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Diləndirildiyi iddia edilən uşaqların valideyni sığınacağa hücum çəkdi

Tarix: 06-08-2023 22:57     Baxış: 3234 A- / A+
dilendirildiyi-iddia-edilen-usaqlarin-valideyni-siginacaga-hucum-cekdi
Bu gün səhər saatlarında Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hücum olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında diləndirilən 2 azyaşlı sığınacağa yerləşdirilib. Münaqişə yaradanlar isə həmin uşaqların valideynləridir.

“Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar isə təhlükəsiz yaşamağı, təhsil almağı haqq edir” - Kəmalə Ağazadə bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin naməlum şəxslər tərəfindən hücuma məruz qalması barədə məlumat daxil olan kimi əraziyə dərhal polis naryadları cəlb edilib. Hadisə yerində araşdırmalar aparılıb, şahidlərin və mərkəzin əməkdaşlarının izahatları alınıb. İnsidentin təfərrüatları və baş vermə səbəblərinə araşdırmalardan sonra aydınlıq gətiriləcək.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar