Xəbər lenti
Azərbaycanda kimlər etibarnaməsiz maşın sürə biləcək? - Yenilik
Təklif haqqında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, inkişaf etmiş ölkələrdə artıq avtomobilin etibarnamə vasitəsilə idarə olunması ləğv olunub. Ekspert bunu nəzərə alaraq, etibarnamənin ləğvini dəstəkləyib və bunun nəticələri haqqında fikirlərini qeyd edib.
“Xarici ölkələrdə vətəndaşlar rahatlıqla avtomobillərini istədiyi şəxsə həvalə edə bilirlər. Müvafiq qaydalar çərçivəsində avtomobili idarə etmək üçün sadəcə sürücülük vəsiqəsinin olması yetərlidir. Azərbaycanda da artıq etibarnamələr ləğv edilməlidir.
Məsələ burada yalnız ər və arvadın ümumi mülkiyyətində olan avtomobilin idarə edilməsindən getmir. Ümumiyyətlə, vətəndaşın avtomobilini istədiyi şəxsə etibar etməsindən gedir” – deyə, E. Cəfərov əlavə edib.
Ekspert onu da bildirib ki, etibarnamələrin ləğvi sürücüləri narahat etməməlidir:
“Əksinə, düşünürəm ki, sürücülər daha rahat olacaqlar və ən azı bir problemdən, cərimə qorxusundan azad olacaqlar. Bu, imkan verir ki, vətəndaşların hərəkət sərbəstliyi daha da artsın.
Qəza zamanı cavabdehlik məsələsinə gəlincə, burada qəzanı törədən avtomobilin nömrəsi, onu idarə edən şəxsin sürücülük vəsiqəsi varsa, başqa problem qalmayacaq. Qəza törədən şəxsi müəyyən etməkdə çətinliyin olacağını hesab etmirəm. Yəni, bütün inkişaf etmiş ölkələrdə necədirsə, bizdə də elə olmalıdır. Dünya təcrübəsindən yaralana bilərik”.
Qeyd edək ki, təklifə əsasən, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Hazırda qüvvədə olan qanuna əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə tətbiq edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar