Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub.
Manevr.az xəbər verir ki, avqustun 2-dən vəzifəsinin icrasına başlayacaq həmyerlimiz eyni zamanda cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək.
Xəbər lenti
Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə verildi
Bu vəzifələrə təyin olunana qədər Rauf Şahbazov Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində çalışıb. Həmyerlimiz canlı donordan böyrək nəqli proqramının direktoru, mədəaltı vəzi nəqli proqramının cərrahi direktoru və robotik cərrahiyyə proqramının direktoru vəzifələrində çalışıb.
Dr. Rauf Şahbazovun hədəfi transplantasiya və hərtərəfli qayğıya əlçatanlıq imkanları baxımından proqramın güclü tərəflərini, həmçinin təhsil və tədqiqat missiyalarını genişləndirməkdir.
Soydaşımız Azərbaycan Tibb Universitetinin məzunudur. MD, PHD, MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.
Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-a dəvət alıb.
Amerika Cərrahlar Kolleci, Amerika Cərrah-Transplantoloqlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür. 2017-ci ildə Azərbaycan-Amerika Tibb Assosasiyasını yaradaraq, ictimai fəaliyyətə başlayıb.
Elmi jurnallarda onlarla məqalənin müəllifi və ya həmmüəllifidir. “Transplant Cərrahiyyə” kitabında canlı donorun qaraciyər transplantasiyasına dair fəslin müəllifidir. Doğma dilimizdən başqa, ingilis, rus, türk dillərində sərbəst danışır və ərəb dilini bilir.
Qeyd edək ki, R.Şahbazov Dünya Azərbaycanlıların Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.konkret.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar