Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ağdaşda uşaq ölümlərinə görə cinayət işi açılıb

Tarix: 01-08-2023 16:33     Baxış: 3294 A- / A+
Ağdaşda yeni doğulmuş uşaqların xəstəxanada ölmələri faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib.
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində ötən il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar