Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlik vətəndaşlara müraciət etdi

Tarix: 01-08-2023 09:59     Baxış: 3128 A- / A+

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən məlumta görə, bu çərçivədə, Xidmət tərəfindən yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, heyvandarlıqla məşğul olan vətəndaşlar tərəfindən tədarük edilən və tez alışma xassəsinə malik quru otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına və digər yanğın təhlükəli ərazilərə yığılması kimi hallara tez-tez rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və digər səbəblər ot tayasının asanlıqla yanmasına və qısa müddətdə genişlənərək böyük faciələrə gətirib çıxarır.
Qış yem bazasının formalaşması üçün hazırda ot tədarükünün davam etməsini nəzərə alaraq qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətləri ilə 15 metr, avtomobil yolları ilə 20 metr ara məsafəsi gözlənilməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar