Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

İki dəfə evləndiyi keçmiş arvadı nişanlandı: İlon Maskdan TƏBRİK MESAJI

Tarix: 30-07-2023 10:57     Baxış: 3197 A- / A+

Dünyanın ən zəngin adamlarından olan, iki dəfə evlənib boşanan aktrisa İlon Maskın keçmiş həyat yoldaşı Talulah Riley sosial media hesabında iki ildir sevgili olduğu həmkarı Tomas Brodi-Sanqsterlə nişanlandığını açıqlayıb. 
Xarici medianın xəbərinə görə, Maskın keçmiş həyat yoldaşına təbrik mesajı gecikməyib.

Son zamanlar “Twitter”də etdiyi dəyişikliklərlə gündəmə gələn “SpaceX” və “Tesla”nın CEO-su İlon Musk 2010-cu ildə Talulah Riley ilə evlənib, 2012-ci ildə o, yollarını ayırmaq qərarına gəlib.
Lakin ayrılığa dözə bilməyən cütlük 2013-cü ildə yenidən nikah masasına əyləşib. Lakin sevgilərinə ikinci şans verən məşhur cütlük bir daha bir yerdə olmamaq qərarı verərək 2016-cı ildə ayrılıblar.

37 yaşlı aktrisa Talulah Riley bir dövrün uşaq ulduzu olan 33 yaşlı Tomas Brodi-Sanqsterlə nişanlandığını açıqlayıb.
Riley, evliliyə doğru ilk addımları "İki il birlikdə olmağımdan sonra Tomas Brodi-Sangster ilə nişanlandığımı elan etməkdən məmnunam" sözləriylə bəyan edib.
Keçmiş həyat yoldaşına təbrik mesajı
Sosial mediada yayılan xoş xəbərdən sonra 52 yaşlı İlon Mask iki dəfə evləndiyi və boşandığı keçmiş həyat yoldaşını “Twitter” platformasında təbrik edib.
Rileyin nişan paylaşımına ürək emojisi buraxan "Təbriklər" şərhi ilə çıxan Maskın bu hərəkəti tez bir zamanda gündəmi zəbt edib.
Nəyə görə iki dəfə evləndiklərini açıqladı
Digər tərəfdən, 'Pistol' serialının çəkilişlərində Tomas Brodi-Sangster ilə tanış olan Talulah Riley daha əvvəl verdiyi müsahibədə İlon Musk ilə niyə iki dəfə evləndiklərini açıqlayıb:
“Açığı, başa düşürəm ki, bu qəribə görünür. Amma o vaxtlar məna kəsb edirdi. Düşünürəm ki, yenidən evlənməyimizin səbəbi bir dəfə evləndikdən sonra evlənmədən aşiq olmaq axmaqlıq hissi idi. O, əla dostdur, mənə qayğı göstərir. Biz indi xoşbəxt bir yerdəyik, bir-birimizə yaxşı münasibət bəsləyirik, bu, həqiqətən gözəldir. Mənim ona sonsuz sevgim var”.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar