Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Təmiz ölkəm” aksiyası çərçivəsində iməcilik keçirilib - Şəkillər

Tarix: 29-07-2023 22:47     Baxış: 3406 A- / A+
Ölkə ərazisində “Təmiz ölkəm” aksiyası çərçivəsində keçirilən təmizlik aksiyaları bu gün Ağdam, Quba, Tovuz, Zərdab və Şəki rayonlarının meşə ərazilərində davam etdirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

“Eyni zamanda, Hacıqabul rayonunda avtomobil yolunun kənarında yaşıllıq ərazidə də iməcilik keçirilib. Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, Hacıqabul rayon İdman və Gənclər İdarəsinin, şəhər könüllülərinin, Hacıqabul şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələrinin iştirakı ilə ərazi 875 kiloqram tullantıdan təmizlənib.

Hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə, ətraf mühiti birgə qorumağa çağırırıq”, - deyə məlumatda bildirilib.

Manevr.az 










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar