Xəbər lenti
Həbsdə qalan bələdiyyə sədri ev dustaqlığında olan bacısını ittiham etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iş materiallarına daxil olan bir neçə sənəd tədqiq olunub.
Proses başlayan kimi İlknur Turkutun vəkili bundan əvvəlki yazımıza görə, jurnalistlərin zaldan çıxarılmasını istəyib.
Hakim Rasim Sadıxovun "bunun üçün əsaslı səbəb göstərə bilərsinizmi?" sualına isə vəkil cavab verə bilməyib. Hakim bu məqamda fürsətdən istifadə edib jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək medianın müstəqil olduğunu vəkilin diqqətinə çatdırıb.
Prosesin davamında Aytac Əliyeva bacısı İlknurun şahid qismində verdiyi ifadəni elan edir. Hiss olunub ki, A.Əliyeva artıq bacısı ilə eyni cəbhədə çıxış etmir, bir çox məsələlərdə onu ittiham edir:
"Müstəntiq dindirmə zamanı İlknurun dediyi sözləri mənim sözlərim kimi qeyd edib. Çaşdırıcı suallar verməkdən əlavə İlknurun səs yazısını belə mənim səsim kimi təqdim ediblər. Ona görə müstəntiqin də məhkəmədə dindirilməsini istəyirdim".
Eks-bələdiyyə sədri iş üzrə ən çox - 189 min manat ziyan dəydiyi iddia olunan Aygün və Zarina Məmmədova bacıları ilə də heç bir iş görmədiyini, bu işlərin də İlknurun əməli olduğunu deyib:
"Möhtərəm hakim, xahiş edirəm diqqət edin. Aygünün mənimlə "WhatsApp" yazışmasından bir cümləni oxumaq istəyirəm: "Aytac, mən səndən çox İlknurla görüşürəm. Onunla işlər görürük".
Mən də cavabında yazdım ki, "xeyirli olsun!"
İndi ortaya bir sual çıxır. Mən bu qədər pul almışamsa, niyə yazmır ki, mən səninlə və İlknurla birgə iş görmüşəm".
Bu vaxt Aygünün zalda əyləşmiş anası G.Məmmədova səsini qaldıraraq etiraz edib:
"Mən evsiz-eşiksiz çöldə qalmışam. İkiniz bir işləyirdiniz. Aytac iri pullar alırdı, İlknur xırda-xuruş işlərlə məşğul idi".
Hakim zərərçəkmişdən sakit olmasını tələb edərək, əlavə edib:
"Ortada real mesajlar var, hiss olunur ki, Aytac düz deyir".
Proses avqustun 1-də davam edəcək.
Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır. qafqazinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar