Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Prezident Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verdi

Tarix: 25-07-2023 19:08     Baxış: 3168 A- / A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Marianna Vardinoyannisin ailəsinə başsağlığı məktubu ünvanlayıb.

Manevr.az
xəbər verir ki, mətndə deyilir:

"Görkəmli ictimai xadim, parlaq şəxsiyyət Marianna Vardinoyannisin vəfatı xəbərini sonsuz kədər hissi ilə qarşıladıq.


Marianna Vardinoyannis dərin məzmunlu və şərəfli ömür yolu keçərək, insanlıq və bəşəriyyət naminə nəcib əməlləri, bəşəri dəyərlərin təşviqi, çoxşaxəli humanitar və xeyriyyəçilik fəaliyyəti ilə dünyada böyük nüfuz və ehtiram qazanmışdı.

Yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Marianna Vardinoyannis Azərbaycanın əsl dostu idi. Onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında böyük xidmətləri var idi. Məhz buna görə o, Azərbaycan Respublikasının "Dostluq” ordeni ilə təltif olunmuşdur.

Bütün həyat və fəaliyyətini uca amallara həsr etmiş səmimi və xeyirxah insan Marianna Vardinoyannisin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Bu ağır itkinin acısını bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar