Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatlar yay tətilini harada keçirir? - SORĞU

Tarix: 25-07-2023 14:15     Baxış: 3153 A- / A+
Deputatlar yay tətilini harada keçirir? - SORĞU


İyul ayının 15-dən avqust ayının 30-dək Milli Məclis tətilə buraxılıb. Millət vəkilləri bu dönəmdə məzuniyyətə olacaqlar.
Maraqlıdır, parlamentarilər istirahətlərini harada və necə keçirir? 
Manevr.az xəbər verir ki, Sfera.az bu mövzuda deputatlarla sorğu keçirib:

Millət vəkili Ceyhun Məmmədov istirahətini avqust ayına planlaşdırdığını deyib:
 
Azərbaycan NATO ilə əməkdaşlığı daha da genişləndirir - Ceyhun Məmmədov  (ÖZƏL) - Turkic World
"Mili Məclis yay tətilinə çıxsa da, cari işlərlə əlaqədar məzuniyyətə tam çıxa bilməmişik. Televiziya verilişlərində oluruq, mediaya müsahibələr verməkdə davam edirik. Eyni zamanda, bəzi yarım qalmış işlərimizi tamamlamağa çalışırıq. Yay tətilini ölkə daxilində keçirməyi düşünürəm. Avqust ayında bir neçə gün Azərbaycan bölgələrindən birində istirahət etməyi planlaşdırıram".
 
Deputat Razi Nurullayev səhhəti ilə əlaqədar Bakıda olduğunu və müalicə aldığını bildirib:
 
İran kanalı deputat Razi Nurullayev haqqında böhtan yayıb" - İlahiyyatçı  faktı açıqladı / FOTO - GlobalInfo.az
"Yay tətilində Bakıdayam, müalicə alıram. Heç yoxlanmağa vaxtım olmamışdı. Birinci növbədə can sağlığıdır. Hər kəsə gözəl istirahət və cansağlığı arzulayıram".
 
Millət vəkili Kamilə Əliyeva Azərbaycandan kənara çıxmayacağını vurğulayıb:

Deputat Kamilə Əliyeva: “İstərdim ki, Dünya Çempionu Argentina olsun…”  Pravda.az
"Məzuniyyət günlərində həmişə olduğu kimi, yenə də Azərbaycanda olacam. Zaqatala-Balakən rayonlarında seçicilərimlə görüşəcəm. Daha sonra istirahətimi ailə üzvlərimlə birgə Azərbaycanın digər dilbər guşlərində davam etdirəcəm".
 

"Məzuniyyət günlərində həmişə olduğu kimi, yenə də Azərbaycanda olacam. Zaqatala-Balakən rayonlarında seçicilərimlə görüşəcəm. Daha sonra istirahətimi ailə üzvlərimlə birgə Azərbaycanın digər dilbər guşlərində davam etdirəcəm".
 
Millət vəkili Arzu Nağıyev yay tətili müddətində əsasən Bakıda olacağını deyib:
Arzu Nağıyev: Xalq dövlət başçısına inanır və bu gün Azərbaycanın əsas  təkanverici qüvvəsi xalq-iqtidar birliyidir
"Məzuniyyət dönəmində Tovuzda, Gədəbəydə olacam, seçicilərlə görüşəcəm. Seçicilərin arasında olmaq elə ən böyük istirahətdir. Bundan başqa, iş səfəri ilə əlaqədar ölkə xaricinə gedəcəm".
 
Deputat Cavid Osmanov hazırda Ağdaş rayonunda olduğunu bildirib:
Deputat Cavid Osmanov haqqında şok faktlar — Saxta diplom, dini təhsil,  fərarilik…
"Yay tətili günlərini yalnız ölkə daxilində keçirəcəm. Hazırda millət vəkili kimi seçildiyim, doğulub boya-başa çatdığım Ağdaş rayonundayam. Bir neçə gündür burada şəhid ailələrinin üzvləri ilə görüşülərim keçirilir. Bu ziyarətlər daha bir neçə gün davam edəcək. Yay tətilində də işgüzar fəaliyyətdə olacam".
 
Millət vəkili Vüqar İskəndərov məzuniyyətini əsasən, Şəkidə keçirəcəyini qeyd edib:
İranın viran siyasəti” - Deputat Vüqar İskəndərovun yazısı
"İstirahətimi ailəmlə birlikdə doğulduğum və deputat seçildiyim Şəki rayonunda keçirirəm. Gündüzlər burada isti olmasına baxmayaraq, axşamlar hava sərin, təmiz olur. Burada istirahətdə olsam da, yenə də iş fəaliyyətimi davam etdirir, mediaya müsahibələr verirəm. Yaxınlarda Bakıya qayıdacam, amma əsasən istirahətimi ölkə xaricində yox, ölkədə keçirəcəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar