Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Araz çayı üzərində bənd tikmək istəyir

Tarix: 22-07-2023 21:24     Baxış: 3149 A- / A+
Ermənistan Araz çayı üzərində bənd tikmək istəyir

Araksavan və Burastan icmaları ərazisində Arz çayını əvvəlki məcrasına qaytarmaq üçün bənd tikintisinin dəyəri təxminən 1 milyon dollar təşkil edəcək.

Manevr.az xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən "Sputnik Ermənistan"a verilən məlumatda bildirilir.
"Proses podratçının seçilməsi üzrə tender müqavilənin imzalanması mərhələsindədir. Müqavilə layihəsində onun vəsait ayrıldığı təqdirdə qüvvəyə minəcəyi nəzərdə tutulur. Layihə-hesablama sənədlərinə əsasən tikinti işlərinin müddəti müqavilənin qüvvəyə mindiyi tarixdən 16 ay təşkil edəcək", - deyə məlumatda qeyd edilir.
"Layihənin dəyərinə gəlincə, layihə sənədlərinə əsasən, tikinti işləri, eləcə də texniki və memarlıq nəzarəti üçün təxminən 384,7 milyon dram tələb olunacaq. Bunun 378 milyonu tikinti işlərinə, 5 milyona yaxını texniki nəzarətə, 1,5 milyonu isə memarlıq nəzarətinə aiddir", - deyə Nazirlik bildirib.
Nazirlikdən maliyyə mənbəyi ilə bağlı suala cavab verərkən bildiriblər ki, hazırda müvafiq müzakirələr aparılır.
Xatırladaq ki, Ermənistan tərəfdən qumun qanunsuz çıxarılması səbəbindən Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və onun kənarında 400 hektara yaxın ərazi olan ada yaranıb.
Nazirlik problemlərin qarşısını almaq üçün çayın sularını əvvəlki məcrasına yönəltmək üçün Araz çayının indiki məcrasında uzunluğu təxminən 130 metr, dərinliyi 8 metrə yaxın olan bənd tikməyi təklif edib.
Qeyd edək ki, Ermənistan bununla Araz çayını əvvəlki məcrasına qaytarmaq deyil, ətraf ölkələrə, xüsusən də Azərbaycana su problemi yaratmağı düşünür. Yaranmş su qıtlığını nəzərə alsaq və Ermənistanın yay aylarında suyun qarşısını kəsməsini etimal etsək, Araz çayının qarşısının kəsilməsi kəskin fəsadlar yarada bilər.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar