Xəbər lenti
Azərbaycan iyunda mobil internetin sürətinə görə üç pillə geriləyib
Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47 Mb/s sürətlə 116-cı yerdə qərarlaşıb.
"Speedtest Global Index” xəbər verir ki, bu, may və aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,29 Mb/s), sonuncu yeri isə Kuba (1,96 Mb/s) tutub.
Məlumata görə, ölkəmiz iyunda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,39 Mb/s sürətlə 59-cu yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən 3 pillə geriləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (200,24 Mb/s), sonuncu - 140-cı yeri isə Əfqanıstan (2,38 Mb/s) tutub.
Bundan başqa, iyunda Bakı şəhəri mobil internetin sürətinə görə 6 pillə geriləyərək 42,42 Mb/s sürətlə 169 şəhər arasında 78-ci yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 258,32 Mb/s sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 1,31 Mb/s sürətlə Sudanın Xartum şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,92 Mb/s sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu Dabi şəhəri 273,05 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,89 Mb/s sürətlə sonuncu olub."report”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar