Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusundan bunu öyrənməliyik - Korotçenko

Tarix: 20-07-2023 11:17     Baxış: 4163 A- / A+
Azərbaycan Ordusu cəmi 44 günə - hazırda deyəsən, inanılmaz görünür –Ermənistanın təxminən 30 illik bir uzunmüddətli dövrdə qurduğu mühəndis-istehkam sistemini, tank əleyhinə səddi və kilometrlərlə mina ərazisini – “Ohanyan səddi” deyilən bir neçə qatlı müdafiəni aşa bildi. Həm də ərazinin relyefinə uyğun olaraq, aşağıdan yuxarı istiqamətdə hücum etməklə. Fenomenal uğurlu nəticədir – nəzərə alaq ki, 2020-ci ilin sentyabrına qədər Ermənistan ordusu yaxşı təchiz edilmiş, təlim keçmiş və motivasiyalı hərbi qüvvə idi.
Manevr.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ukrayna müharibəsi fonunda qeyd edib.
O bildirib ki, erməni apoloqetlərin iddialarından fərqli olaraq, İkinci Qarabağ müharibəsində heç bir islamçı-muzdlu yox idi:
“Fakt budur ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti və xüsusi təyinatlılarının qarşısında duruş gətirə bilmədi, darmadağın oldu.
Vacib bir qeydi edək: Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının Mərkəzi Komanda Mərkəzi bütün döyüş bölgəsindəki vəziyyət barədə real vaxt rejimində məlumat alıb, taborun ayrı-ayrı taktiki qruplarına qədər onun birlik və bölmələrinin gedişatını izləyirdi.
Bu arada, məlum hadisələrin başlanmasından təxminən üç il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsi hadisələri ilə bağlı bir dənə də olsun açıq fundamental araşdırma dərc olunmayıb”.
Korotçenko vurğulayıb ki, bu uğurlu hərbi təcrübə mütləq öyrənilməlidir.axar.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar