Xəbər lenti
Bakıda bu tarixdən kirayə mənzillərin qiyməti BAHALAŞACAQ

Manevr.az xəbər verir ki, bu barədə "trend"ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, durğunluğun əsas səbəbi insanların yay aylarında paytaxtı tərk etməsi ilə bağlıdır. Avqustun sonrlarından etibarən isə kirayə mənzillərə təlabat kəskin artır.
"Minlərlə insanın Bakıda ev axtarmağa başlaması da qiymət artımına təsir edən əsas amildir. Ali məktəblərə qəbul prosesinin nəticələrinin açıqlanması da Bakıda kirayə mənzil bazarına ciddi təsir edən faktorlardandır", - deyə o, əlavə edib.
E.Fərzəliyev qeyd edib ki, Bakıda bina evlərinin satışında da ciddi azalma var.
"Bu da daha çox mövsümlə bağlıdır. Tələbat az olduğuna görə qiymətlər müəyyən qədər sabit qalıb. Avqustun sonundan etibarən satışa çıxarılan mənzillərin də qiymətlərində artımların olması proqnozlaşdırılır.
Yay mövsümündə regionlarda isə kirayə evlərin qiymətləri kəskin bahalaşır. Bu gün regionlarda qiymətlərə nəzər salsaq, paytaxtdakı qiymətlərlə eyni olduğunu hətta bəzən baha olduğunu görürük", - deyə o, əlavə edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar