Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Füzuli Adıgözəlovun bəraət qərarı ləğv edildi

Tarix: 19-07-2023 13:49     Baxış: 4195 A- / A+

Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş "Güllübulaq” MMC-nin təsisçisi Füzuli Adıgözəlovun bəraət alması ilə bağlı qərardan verilmiş protestə baxılıb.


Manevr.az
-ın xəbərinə görə, Ali Məhkəmədə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror bəraət qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edib.

Hakim Əziz Seyidovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin münasibətini öyrəndikdən sonra prokurorun protestini əsaslı sayıb.
Qərara əsasən F.Adıgözəlov barəsindəki bəraət qərarı ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, F.Adıgözəlov 2020-ci ildə həbs edilib.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, "Güllübulaq” MMC-yə məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.

O, həmçinin 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.

F.Adıgözəlov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2 il sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona bəraət verilərək məhkəmə zalından azadlığa buraxılmışdı."qafqazinfo”

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar