Xəbər lenti
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Elçin Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad olunub.
Manevr.az yüksək vəzifəyə təyinat alan Əmirbəyovun dosyesini təqdim edir:
- Elçin Oktyabr oğlu Əmirbəyov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Bakı şəhərinin 164 nömrəli orta təhsil məktəbini qızıl medalla bitirib. 1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə bitirib.
İlk əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində referent-tərcüməçi qismində başlayıb.
1992–1993-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin attaşesi və daha sonra üçüncü katibi vəzifələrində çalışıb. 1993-cü ildə Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsil alıb. Daha sonra 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçib.
1995–1997-ci illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərib.
Uzunmüddətli xarici ezamiyyətdən Xarici İşlər Nazirliyinə geri döndükdən sonra o, ardıcıl olaraq 1998-ci ildə Beynəlxalq Təşkilatlar İdarəsində birinci katib vəzifəsində, 1999-cu ildə həmin İdarənin Regional və beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri vəzifələrində çalışıb.
2000-ci ildə ABŞ-ın Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində (John F. Kennedy School of Government) beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirib.
2001–2003-cü illərdə Brüsseldə (Belçika Krallığı) Azərbaycanın NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb. Bir il sonra - 2003–2004-cü illərdə Nyu-Yorkda (ABŞ) Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində çalışıb.
2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərib, 2005–2010-cu illərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edib.
Cenevrədə çalışdığı zaman 2008–2009 illərdə BMT-nin İnsan Hüquqları Şurasının vitse-prezidenti və eyni zamanda məruzəçi qismində fəaliyyət göstərib. O, həmçinin 2007-ci ildə BMT-nin Cenevrədəki ofisində İslam Əməkdaşlıq Təşkilatının (IKT) üzv-dövlətlərinin səfirlər qrupuna bir il ərzində sədrlik edib.
Bundan əlavə, 2008-ci ildə səfir Elçin Əmirbəyov BMT-nin Cenevrədəki Ofisində Şərqi Avropa regional qrupuna daxil olan üzv-dövlətlərin səfirlər qrupuna sədrlik edib. 2005–2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri olub. Vatikanda çalışdığı zaman 2008-ci ildə Roma Papası Onaltıncı Benedikt (Pope Benedict XVİ) tərəfindən Müqəddəs Gregori ordeni ilə təltif edilib.
O, eyni zamanda 2006–2010-cu illərdə Azərbaycanın Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycanın Fransada, eyni zamanda Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
24 iyun 2017-ci ildən 18 iyul 2023-cü illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar