Xəbər lenti
Növbəti Brüssel görüşləri: Azərbaycanın siyasi-diplomatik qələbəsinin təzahürü
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş keçirildi. Bu görüş ərəfəsində erməni təxribatlarına baxmayaraq danışıqlar konstruktiv müstəvidə baş tutub. Ümumilikdə isə bu cür görüşlər və sülh danışıqlarının davam etməsi müsbət hal kimi dəyərləndirilir. Sözsüz ki, görüşdə müzakirələr mahiyyəti üzrə davam edirsə, bu, irəliyə doğru addım hesab olunur.
Manevr.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib k, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair bəyanatında budəfəki müzakirələrin daha əhatəli olduğu müəyyənləşmiş olur: “Bu mənada tərəflər araaında baş tutan sayca 6-cı görüşün əsas uğurlarından biri ərazi bütövlüyü məsələsinə sadiqliklə bağlı olub. Ermənistanın baş naziri bu görüşdə də Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini növbəti dəfə tanıdığını bəyan etməsi vacib amil kimi önə çıxır. Eyni zamanda burada müzakirələrdə delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiqlik elan edilib”.
Deputat hesab edir ki, separatçıları ən çox hiddətləndirən məsələ də bu amil olub: “Çünki onlar öz müqəddəratını təyinetmə ilə bağlı hələ də əsassız iddialar səsləndirir. Amma son Brüssel müzakirələrində bu məsələ gündəmdə olmayıb. Əslində ola da bilməz. Çünki Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işidir. Məhz bu baxımdan da separatçıların mövqeyi danışıqlar masasında müzakirə edilmir”.
Millət vəkili Brüssel görüşündə kommunikasiyaların açılması istiqamətdə müsbət dinamikanın olduğunu söyləyib: “Sözsüz ki, son iki ayda əldə olunan irəliləyişlər Brüssel tərəfindən təqdir olunub. Bu mənada artıq Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başlamaq üçün maliyyə töhfəsi verməyə hazır olduğunu bəyan edib. Bu isə o deməkdir ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanı qalmayıb. Ş.Mişelin açıqlamasında sülh və normallaşma üçün lazımi şəraiti təmin etmək, zorakılıq və sərt ritorikanın dayandırılması da əksini tapıb. Bu da Ermənistanın intensivləşən təxribatlara son qoymasına dair tələb kimi dəyərləndirilə bilər”.
Aqil Məmmədov payızda tərəflərin yenidən bir araya gəlməsinə dair razılığın olduğunu deyib: “Ermənistanın sülh istiqamətində praktik addımlar atması üçün bu real bir zamandır. Ona görə də qarşı tərəf bu imkanları düzgün dəyərləndirməlidir. Əks halda Paşinyan Qranadada Fransa prezidentinin iştirakı ilə baş tutan görüşə arxayın olub növbəti dəfə məyusluq yaşayacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar