Xəbər lenti
Tarixin ən sirli manyakının kimliyi müəyyənləşib - Şəkil

Hortonun dediyinə görə, manyak Hayam Hayams adlı bir kişi olub.
Qadın onun tibbi sənədlərini təhlil etdikdən sonra bu qənaətə gəlib. Belə ki, bu şəxsin fiziki xüsusiyyətləri silsilə qətllər törədən qatilin qurbanlarının ifadələrinə uyğun gəlir. Zərərçəkənlər xüsusilə onun daha çox yaşlı və xəstə insanlara xas olan yerişini və qatlanmayan sol qolunu qeyd edirlər. Bundan əlavə, Hayamsın boyu, bədən quruluşu və yaşı da manyakın təsvirləri ilə üst-üstə düşür.
Tədqiqatçı qeyd edir ki, Hayams qətllərin baş verdiyi ərazidə yaşayıb. O, peşə xüsusiyyətlərinə görə bıçaqdan yaxşı istifadə etməyi bacarıb.
Horton həmçinin hücumların tezliyini insanın psixi vəziyyəti ilə müqayisə edib. Hayam alkoqolizmdən, paranoyadan və epilepsiyadan əziyyət çəkib, bunun nəticəsində mütəmadi olaraq həyat yoldaşına hücum edib.
“O, xüsusilə şiddətli epileptik tutmalardan sonra şiddət göstərib ki, bu da qətllərin tezliyini izah edir”, - deyə Horton vurğulayıb.
Horton izah edib ki, əvvəllər heç kim Qarındeşən Cekin işi ilə bağlı tam araşdırma aparmayıb. Çünki onun öyrəndiyi xəstələrin tibbi qeydləri 2013 və 2015-ci ilə qədər məxfi olub. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar