Xəbər lenti
Niderlanddan gəlib Bakıda müsəlman oldular
Niderlandda yaşayan ailənin övladları Timur və Emil Bakıda müsəlman olublar.
Manevr.az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev məlumat yayıb.
O bildirib ki, Timur və Emil azərbaycanlı İlkanə Qoca və holland Robert van der Bergenin övladlarıdır.
İlkanə Qoca azərbaycanlıdır, Ağdamda doğulub. Uzun müddətdir Niderlandda yaşayır və orada da ailə qurub.
Van der Bergen də Azərbaycan həqiqətlərini müdafiə edən şəxsdir, 44 günlük savaşda haqqın yanında olub, ermənilərə qarşı təbliğat savaşında iştirak edib.
“Robert 44 günlük müharibədə Niderlanda çox böyük işlər görüb, ermənilər qarşısında sipər olub. Hər zaman da dediyi bir söz var: Mən həqiqəti müdafiə edirəm”, – alim qeyd edib.
Z.Əliyevin sözlərinə görə, Bergen övladlarının azərbaycanlı olmasına görə fəxr edir, özünü də mənən azərbaycanlı hesab edir.
Bu gün bu ailə övladlarına Bakıda sünnət toyu edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar