Xəbər lenti
Azərbaycanda bu yaşdan aşağı nikaha qəti qadağa qoyula bilər
Manevr.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, qanunvericiliyə dəyişiklik etmək kifayət qədər vaxt və iradə tələb edən prosedurdur. "Biz hazırda "Ailə Məcəlləsi"nin müvafiq maddəsində əksini tapan normanın aradan qaldırılması üçün bütün əlaqədar tərəflərin rəyini əldə etməklə yanaşı cəmiyyətdə də geniş maarifləndirmə işinin aparılmasına üstünlük veririk.
Hesab edirəm ki, qanuna dəyişiklik mütləq olmalıdır və 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır.
Belə təkliflər həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də ekspertlər tərəfindən aktiv şəkildə irəli sürülür. Bunu bizim son 3 ildə apardığımız təhlillər və tədqiqatların nəticələri də sübut edir.
Ənənəvi və rəqəmsal media orqanları isə bu prosesdə böyük rola malikdir.
İnanıram ki, birgə səylərimiz nəticəsində bu məqsədə nail olacağıq", - deyə B.Muradova əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar