Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Tikintisi gedən metro stansiyaları nə vaxt təhvil veriləcək?

Tarix: 15-07-2023 11:56     Baxış: 4398 A- / A+
Təxminən 10 il öncə “Bakı Metropoliteni” QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” stansiyasında işlər hələ də tamamlanmayıb.
Manevr.az bildirir ki, məsələ ilə bağlı “Trend”in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildiriblər ki, Bakı Metropoliteninin II mövcud (Yaşıl) xəttinin davamı olaraq artıq tikintisinə başlanılmış “Həzi Aslanov-2” stansiyasında inşaat işlərinin başa çatdırılması Bakı şəhərinin Baş Planına uyğun olaraq 2030-31-ci illərdə nəzərdə tutulub.

Qeyd edək ki, “Həzi Aslanov-2” stansiyası, Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyasıdır. Bu stansiyanın “Həzi Aslanov” stansiyasına (qırmızı xətt) birbaşa keçidi nəzərdə tutulur. Bu stansiyadan tunelin “Şah İsmayıl Xətai” stansiyasına qədər uzadılması planlaşdırılır.
Xatırladaq ki, hazırda Bakı metropoliteninin 26 stansiyası var. Hazırda tikintisi gedən və şərti adı “B-4” olan stansiyanın isə 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar