Xəbər lenti
"Səni haqqısevən insan kimi tanıyırdım, səhv etmişəm" - Səlim Babullaoğluya açıq məktub
"Anar ahıl insandır, oxumaq ona maraqlı deyil. Bəs sən?! Sən hara baxırsan?! Sən sosial şəbəkələrdə olursan. Üzvlüyə namizədlərin şeir adına paylaşdıqları var. Zəhmət çək, gör nə yazırlar. Açığı, mən bilirəm hara baxırsan..."
Manevr.az AYB üzvü, Prezident mükafatçısı, "Tərəqqi" medalı laureatı Süleyman Hüseynovun AYB-nin katibi, üzvlüyə qəbul komissiyasının sədri Səlim Babullaoğluya ünvanladığı "AÇIQ MƏKTUB"u təqdim edir:"Səlim Babullaoğlu!
Mənim ilk kitabım "Bir həzin nəğmə" (şeirlər) Sabir Rüstəmxanlı mətbuat naziri işləyəndə onun tövsiyəsi ilə "Gənclik" nəşriyyatında (redaktor Zülfüqar Şahsevənli) çap olunub. Daha sonra "Ana baxışları"(hekayələr), "Projit bı tak"(şeirlər, rus dilində), "Qəlb harayım"(şeirlər, rəyçi Çingiz Abdullayev, ön söz Ramiz Heydərin) nəşr olunub. Onda rəhmətlik Arif Əmrahoğlu AYB-nin katibi işləyirdi. Kitablarımla tanış olduqdan sonra tanınmış şairlər Əşrəf Şəfiyev(Veysəlli), Ofelya Babayeva və mərhum Məmməd Namazın zəmanətilə məni üzvlüyə qəbul etdilər. A. Əmrahoğlu "sənin növbəti kitabına ön sözü mən yazaram" dedi. Və "Öz yolumla gedirəm" kitabıma ön söz yazdı.
Səlim Babullaoğlu!
Bu tarixi niyə xatırladım? O vaxt AYB üzvlüyünə məhz layiqlilər qəbul edilirdilər. Sonralar bu məsələyə nəzarət azaldı. Bir neçə il əvvəl AYB-də kadr dəyişikliyi olanda sənin də katibliyə gəlməyini alqışladım. Münasibətim də normal idi. Ən əsası, səni haqqısevən insan kimi tanıyırdım. Çox təəssüf ki, səhv etmişəm. Bu günlərdə baş verən hadisələr, xüsusən AYB üzvlüyü ilə bağlı xəbərlər məni çox təəssüfləndirdi. Məsələ təkcə Elza Seyidcahanı böyük təntənə ilə qəbul etməkdə deyil. Hamı bilir bu, sənlik deyil, onun məsuliyyəti Anarlıqdır. Sənin səhvin savadsız, ədəbiyyatdan xəbərsiz, adi bir cümlədə 5-10 səhv buraxan, heç tərcümeyi-halını səhvsiz yaza bilməyən, klassikləri bu günkü yazarlardan ayıra bilməyənləri üzvlüyə qəbul etməkdədir. Çoxunu növbədənkənar qəbul etməkdədir. Anar onların heç birini (Elzadan başqa) tanımır. Axı tanımaq üçün yazdıqlarını oxumaq lazımdır. Anar isə ahıl insandır, oxumaq ona maraqlı deyil. Bəs sən?! Sən hara baxırsan?! Sən sosial şəbəkələrdə olursan. Üzvlüyə namizədlərin şeir adına paylaşdıqları var. Zəhmət çək, gör nə yazırlar. Açığı, mən bilirəm hara baxırsan...(((
Gizlində qəbul etdiyinləri üzvlük biletlərini paylayanda xəbərdar edirsən ki, reklam etməyin, söz-söhbət olmasın...
Səlim Babullaoğlu!
Mənim nə Anardan, nə də səndən umacağım heç nə yoxdur. Sadəcə məni avam yerinə qoyanda dözmürəm. Kişi kişi kimi yaşamalı, kişi kimi də getməlidir!
Bir də, sən axı namaz qılırsan, Allah adamısan. Allah adamı yalan deməz, başqasının haqqına girməz!
Bu qədər..."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar