Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu yanacaq növlərinin qiyməti ARTACAQ

Tarix: 12-07-2023 11:31     Baxış: 4246 A- / A+

“Azərbaycanda benzinin qiymətinin aşağı düşəcəyi ilə bağlı fikir səsləndirənlər yanlış fikirdədirlər. Ona görə ki, “Aİ-92” benzini “Avto-2” standartına uyğun istehsal edilir. 2015-ci ildən etibarən başlayan Heydər Əliyev adına Neftayırma zavodunun modernizasiyası prosesi 2018-ci ildən sonra intensivləşib. Yaxın illərdə “Avro-5” standartına uyğun yanacağın istehsal olunması məqsəd kimi qarşıya qoyulub”.


Manevr.az
"Bizim.media"ya istinadən bildirir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, zavoda 4 milyard manat kapital qoyuluşu həyata keçirilib. Dünya bazarında benzinin qiyməti kifayət qədər bahadır və zavoda bu qədər kapital yatırılıb. Bəs bundan sonra “Aİ-92” və digər markalı benzinlərin qiyməti ucuzlaşa bilərmi?
İlham Şaban bunun mümkün olmadığını söyləyib və həm dizelin, həm aşağı dərəcəli benzinin qiymətinin bahalaşacağını diqqətə çatdırıb:

“Ancaq “Aİ-95” markalı benizinin qiyməti aşağı düşəcək. “Aİ-92” markalı benzin və dizelin bahalaşmasının isə iki səbəbi var. Birincisi, əməliyyatlarla bağlıdır ki, bu da daha keyfiyyətli və bahalı prosesdir. İkincisi isə odur ki, artıq zavodun kapital xərcləri nəyinsə hesabına geri qayıtmalıdır. Yəni, bu vəsait istehlakçıdan çıxılmalıdır”.

Bir neçə il ərzində Azərbaycanın hasil etdiyi neftin həcminin azaldığını söyləyən ekspert vurğulayıb ki, bu proses ola bilsin, gələn ildən başlasın:

“Bu da H.Əliyev adına Neftayırma zavodunun layihə gücü üçün yetərli deyil və biz xaricdən neft idxal etməyə məcbur olacağıq. 2030-cu ildə isə bu hasilat daha da azalacaq və hasilat 2-3 milyon tona düşəcək. Zavodun istehsal gücü isə 7.5 milyon tondur. Yerdə qalan isə idxal olunan neft olacaq. Bu baxımdan da istehlakçılar özlərini bahalı yanacağa kökləməlidirlər”.

Azərbaycanda benzinin ucuzlaşması üçün heç bir əsasın olmadığını deyən İ.Şaban, benzinə dizel arasında xeyli fərq olduğunu bildirdi:

“Əvvəl dizel 40 qəpiyə satılırdı, ancaq indi 80 qəpiyə çatıb. 2017-ci ildən sonra ölkədə dizelin istehlakı 3 dəfə artıb. Bu yanacaqda ekologiyanı pozan əsas amil, Avropadan ölkəyə köhnə və istehsal müddəti bitmiş avtomobillərin gətirilməsi ilə bağlıdır. Hökumət yanacağın qiyməti ilə ölkəyə gətirilən avtomobillərin sayını da tənzimləyir. Əgər qiymətlər aşağı düşsə, bu dəfə ölkəyə daha çox avtomobil daxil olacaq”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar