Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu: “Anarı heç öz yazdıqları bağışlamayacaq, nəinki...”

Tarix: 08-07-2023 13:03     Baxış: 2512 A- / A+
 Emil Rasimoğlu


Əməkdar artist, müğənni, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsindən sonra bu istiqamətdə müzakirələr ölkə gündəmində qalmaqda davam edir.

Manevr.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu mövzu ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında AYB rəhbərliyini tənqid edərək bir sıra mətləblərə toxunub:
“Bilirsiniz, Yazıçılar Birliyi uzun illərdir ki, Anarın diktaturasının, səriştəsiz rəhbərliyinin əsarətində özünün tənəzzül dönəmini, belə demək mümkündüsə, başqa-başqa şəkillərdə ən ağır durumunu, ətalətini yaşayır.

Bu gün o quruma ədəbiyyata, mətnə heç bir aidiyyəti olmayan bir şəxsin üzv kimi qəbul olunması, əslində Anarın, Çingiz Abdullayevin və digərilərinin Yazıçılar Birliyinin həyatında yaratdığı növbəti "faciənin" ifşasıdı. Bugünkü ifşanın da adı Elza Seyidcahandır.

Bu şəxslər elə bil and içiblər. And içiblər ki, biz bu birliyə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq taleyini yaşadacağıq. Bəli, Yazıçılar Birliyi bu gün, Anar başda olmaqla, Çingiz Abdullayevin və digərilərinin  əli ilə "soyuq yoxluqlara" sürgündədir. Heç bir daxili nizamnamə qaydaları, meyarlar tanımaq istəmirlər.

Dəhşətə baxın, Anar Elza Seyidcahanın müdafiəsinə qalxıb. Bu bilirsinizmi nə deməkdi? Bu, sənəti, ədəbiyyatı dırnaq arasına almaq, ədəbi dəyərlərə divan tutmaq, kürək çevirməkdir. Anarı heç öz yazdıqları bağışlamayacaq, nəinki böyük ədəbiyyat.
İstefalar məsələsinə gəldikdə isə, bu kimi olayların qarşısında həmişə istefa halları olub. Bu isə birbaşa fərdin öz şəxsi qərarından asılıdır. Məsələn, mən zaman-zaman demişəm ki, Yazıçılar Birliyindən istefa vermək yox, onu Anar əsarətindən xilas etmək lazımdır”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar